2b4c8e2c-b68f-4a2d-9fce-eea369ae5aa8..jpg

Stadionu söküləcək “Kəpəz”in harada oynayacağı məlum oldu

Baxış sayı: 452 dəfə baxılıb.

Stadionu söküləcək “Kəpəz”in harada oynayacağı məlum oldu

“Kəpəz” bu mövsümün qalan hissəsində və növbəti mövsümdə ev oyunlarını Tovuzda
keçirəcək.

Cixisyolu.com xəbər verir ki, Gəncə şəhər stadionunun sökülməsi və yenisinin
tikilməsi səbəbindən komanda rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək.

Alternativ kimi bir neçə variant olsa da, yekunda daha yaxın olan Tovuz şəhər
stadionunda oynamaq məqsədəuyğun hesab edilib. Komandanın Azərbaycan Premyer
Liqasının növbəti – X turunda “Zirə”ni məhz orada qəbul etməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması
ilə bağlı sərəncam imzalayıb. Arenanın yenidən qurulması işlərinin
layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının
2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.

Yaxın zamanlarda stadionda söküntü işlərinə başlanacaq. Arenanın 2025-ci ildə
istifadəyə verilməsi planlaşdırılır.

Source link