ABŞ-ın Alfaretta şəhərində (Corciya ştatı) “Starbucks” kafesinin müştərisi tualetdə gizli kamera aşkarlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Qurğu pelenal masanın altında gizlədilib və izolentlə bərkidilib. Qadın kameranı aşkarladıqdan sonra bu barədə menecerə xəbər verib, daha sonra isə polisə şikayət edib.
Kameranın yaddaşında bir neçə saatlıq yazı olub. Bu vaxt ərzində təbii ehtiyacını ödəyən səkkizə yaxın “Starbucks” müştərisinin görüntüsünü çəkib. Onlar arasında həm kişi, həm də qadınlar var.
Polis zabiti Hovard Millerin dediyinə görə, görüntüdə kişilər pissuardan istifadə etdikləri üçün kadrlara onların yalnız belini görmək olur. Kameranın obyektivinə başlıca olaraq qadınlar düşsə də, zabit əmin edir ki, təsvir keyfiyyətsiz olduğundan onların cinsi orqanları görünmür.
Kamera sahibini ifşa etmək üçün cihazı ekspertizaya göndəriblər.