AFR prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın İkinci Dünya müharibəsinin cinayətlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
TASS xəbər verir ki, Alman dövlətinin lideri bu bəyanatı Polşanın Velyun şəhərində İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş xatirə tədbirlərində çıxışı zamanı səsləndirib.
Ştaynmayerin sözlərinə görə, almanlar Polşada soyqırıma yol veriblər.
O qeyd edib ki, tarixin bu hissəsini unutmaq olmaz.
“Biz tariximizin verdiyi məsuliyyəti qəbul edirik”, – deyə Ştaynmayer öz nitqində bildirib.