Amerikalı aktyor Stiven Siqal bəyan edib ki, Rusiya XİN-nin Moskva və Vaşinqton arasında humanitar əlaqələlər məsələləri üzrə xüsusi nümayəndəsi təyinatına son dərəcə ciddi yanaşır, ÇıxışYolu.Com RİA Novosti-yə istinadən xəbər verir.
“Rusiya XİN-nin xüsusi nümayəndəsi təyin olunmaq mənim üçün böyük şərəfdir. Ümid edirəm biz dünyada sülhə, harmoniyaya və müsbət nəticələrə nail olacağıq. Bu şərəfə son dərəcə ciddi yanaşıram”, – deyə, o, bəyan edib.