Stoltenberq Belarusun NATO-ya qəbulu barədə danışmaq istəmədi

Baxış sayı: 2. 288 dəfə baxılıb.

Stoltenberq Belarusun NATO-ya qəbulu barədə danışmaq istəmədi

NATO baş katibi Yens Stoltenberq Belarusun alyansa qəbulu perspektivlərinə dair fikirlərini açıqlamaqdan imtina edib. 

ÇıxışYolu.Com xəbər verir ki, Stoltenberq Litva baş naziri Saulyus Skvernyalislə görüşün yekunlarına dair keçirilən brifinqdə bu barədə suala cavab verməyəcəyini bildirib. 

“Bu haqda düşüncələrimi açıqlamayacağam”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə NATO baş katibi Gürcüstan və Ukraynadan sonra Belarusun alyansa üzvlüyü məsələsinin gündəmə gələ biləcəyini bildirib. 

www.ÇıxışYolu.Com