NATO-nun iyulda keçiriləcək sammitində Gürcüstanın Şimali Atlantik aylansa üzvlüyü istiqamətində əldə etdiyi irəliləyiş qiymətləndiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bildirib.
Alyansın rəhbərinin sözlərinə görə, Gürcüstan NATO üzvlüyünə hazırlıq prosesi üçün bütün lazımı alətlərə malikdir.
“Hesab edirəm ki, bütün üzv dövlətlər Gürcüstanın təşkilata üzvlüyünü qətiyyətli şəkildə təqdir edəcək və ittifaq ölkəyə praktiki və siyasi dəstəyini davam etdirəcək”, – deyə Stoltenberq jurnalistlərə verdiyi açıqlamada bildirib.