bf6750a7-af1f-437b-bb85-b369d01ef9ba..jpg

Stoltenberq: “Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər”

Baxış sayı: 724 dəfə baxılıb.

Stoltenberq: “Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər”

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans
hadisələrin belə inkişafına hazır olmalıdır.

Bu barədə cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər”, – deyə o, bəyan
edib.

Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də
Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah – sursatla təmin etməyə hazırdır.

O hesab edir ki, Rusiya Federasiyasının uğuru ukraynalılar üçün faciəyə
çevriləcək, həm də digər ölkələr üçün təhlükə yaradaraq beynəlxalq
mübahisələrin güc yolu ilə həll oluna biləcəyini göstərəcək.

Mənbə: TASS

Source link