9d946dbf-5b14-49e0-bbbc-897f66ace0ae..jpg

Stolüstü tennis yığmamız ilk dəfə Avropa çempionatına qatılacaq

Baxış sayı: 302 dəfə baxılıb.

Stolüstü tennis yığmamız ilk dəfə Avropa çempionatına qatılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması ilk dəfə Avropa
çempionatına qatılacaq.

“Report” xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək
qitə birinciliyində ölkəmizi 2 idmançı təmsil edəcək.

Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova
və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar. Hər iki idmançı şəxsi
reytinqlərinə əsasən iştirak hüququna yiyələniblər.

Qeyd edək ki, sabah startı veriləcək Avropa çempionatına yanvarın 28-də yekun
vurulacaq.

Source link