Stomatoloji kabinetlərdə hepatit və QİÇS təhlükəsi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Stomatoloji kabinetlərdə hepatit, QİÇS və digər arzuolunmaz xəstəliklərə
yoluxa bilərsiniz.
Xezerxeber.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına
əsasən, QİÇS və hepatit C xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar
arasında birinci yerdə stomatoloji xidmətlər dayanır. Mütəxəssislər də
bildiriblər ki, dişlərin müalicəsi zamanı yol verilən səhlənkarlıq pasiyentin
səhhətində ciddi fəsadlar yarada bilər.
Stomatoloqların sözlərinə görə, istənilən ciddi stomatoloji klinika alətlərin
sterilizasiyasına məsuliyyətlə yanaşır. Ən azından ona görə ki, tibbi
personalın da sağlamlığı bu alətlərin nə dərəcədə steril olmasından asıldır.
Mütəxəssislər məsləhət görüblər ki, virusdan qorunmaq üçün pasiyentlərin
özləri də müalicə həkiminin qaydalara riayət edib-etmədiyinə diqqət yetirsinlər.
Daha ətraflı videomaterialı təqdim edirik: