9d1fab96-5e2b-4c84-a420-6acd4819f74e..jpg

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib

Baxış sayı: 768 dəfə baxılıb.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə
dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun,
hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti
vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının
və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22
dekabr tarixli 1510 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021, №12, maddə 1375) dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.

Source link