c206b704-ae5b-4fd2-8bd4-e57210c91e1b.webp

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası monitorinq olunacaq

Baxış sayı: 199 dəfə baxılıb.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının
monitorinqi və hesabatlılıq modulu formalaşdırılacaq.

Cixisyolu.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Su
ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli
320 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini
tapıb.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su
ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş
tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək
məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Su ehtiyatlarından səmərəli
istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq
modulu”nun formalaşdırılmasını altı ay müddətində təmin edib və növbəti ildən
Milli Strategiyanın monitorinq və qiymətləndirilməsini modul üzərindən həyata
keçirəcək.

Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

– Modulda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel
tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın təqdimatı əsasında
Milli Strategiyada qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar),
iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini
(illər üzrə bölgüsü), layihələrlə bağlı (ərazi planlaşdırma, tikintiyə icazə
sənədi, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına
uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf
mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin
ayrılması, satınalma və müqavilələrin bağlanması və s.) məlumatları və digər
zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə
informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə
münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə
hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməli;

– Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin
nəticəsi barədə məlumatları rübdə bir dəfə, növbəti ayın 25-dək komissiyaya
təqdim etməli;

– Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin
nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il mart ayının 25-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;

– Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının
qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2028-ci il iyun ayının 25-dək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 1.6. modulun
yaradılması və Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının
monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini mərkəzin növbəti
illər üçün büdcəsində nəzərə almalıdır.

Source link