Su polisindən Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı XƏBƏRDARLIQ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Mingəçevir su
anbarında keçirdikləri növbəti yoxlamalar zamanı qanunsuz olaraq balıq ovu ilə
məşğul olan R.Məmmədovu müəyyənləşdirərək saxlayıb.
Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi
götürülüb.