Suda boğulan insanı necə xilas etməli?

Suda boğulan insanı necə xilas etməli?

Baxış sayı: 2. 763 dəfə baxılıb.

Suda boğulan insanı necə xilas etməli?

Yay aylarında xüsusilə uşaqların və üzmə bilməyənlərin tədbir görmədən dəniz, hovuz, çay və göllərə girməsi boğulma hadisələrinin artmasına səbəb olur. Boğulma hallarında ilk yardım həyat qurtara bilər.

ÇıxışYolu.Com suda boğulma hallarında edilməsi zəruri olan ilk yardım müdaxilələri haqda məqaləni təqdim edir.

Süni tənəffüsə su içində də başlaya bilərsiniz

Nəfəs borusunun sıxılması ilə ağciyərlərə su daxil olur və bu, suda boğulma ilə nəticələnir. Boğulan adama ilkin yardım kimi süni tənəffüs və ürək masajı edilməlidir.

Saniyələrin belə həyati əhəmiyyətli olduğu bu anlarda süni tənəffüs su içində də edilə bilər. Ancaq dərin, boyu keçən sularda bu müdaxilə mümkün olmadığı üçün boğulan insan tez bir zamanda sahilə çıxarılmalıdır.

Boğulma əlamətləri aşağıdakılardır:

  • Nəfəs almaqda çətinlik çəkmək,
  • Xırıltılı, sürətli və dərindən nəfəs almaq,
  • Ağızda bəlğəm toplanması və köpüklənmə,
  • Üzdə, dodaqlarda və dırnaqlarda göyərmə,
  • Halsızlıq, cavablarda qeyri-müəyyənlik və qərarsızlıq,
  • Huşunu itirmə.

Çox rastlaşılan səbəblərdən biri də alkoqol qəbulundan sonra suya girməkdir

Suyun içində oyun oynayarkən fərqində olmadan dərin bölgələrə getmək və dib axıntısına məruz qalaraq ayaqların altından qum çəkilməsi suda boğulma hallarında ən çox rast gəlinən səbəbdir.

Bundan başqa, üzmə bilməyənlərin suya girməsi də boğulmalarda xüsusi çəkiyə malikdir. Mütəxəssis köməyi ilə üzmə öyrənmədən suya girmək ən çox rast gəlinən risk faktorlarındandır. Üzmə bilsəniz belə, sərxoş halda suya girmək boğulma hallarını artırır.

Övladınızı gözünüzün önündən ayırmayın

Xüsusilə kiçik yaşlı uşaqlar üzmə bilsələr də, suda olduqları müddətdə valideynlərin nəzarətində olmalıdırlar. Əks halda, uşaqlar suyun içində hər hansı problemlə qarşılaşdıqda soyuqqanlılıqlarını itirə və bata bilərlər.

Suda boğulma hallarında həyat xilas edən məsləhətlər

İlk olaraq, boğulma təhlükəsi yaşayan insana suda batmayan cisimlər atın. Bu materiallar yoxdursa, uzun çubuq, ip kimi materiallar ataraq, tutmasını təmin edin və onu sudan çəkib çıxarın.

Suda boğulan insan quruya çıxarıldıqdan sonra ilk işiniz peşəkar yardım çağırmaq olsun. Digər xilasedici müdaxilələr bu çağırışdan sonra edilməlidir.

Suda boğulan insanı sahilə çıxararaq arxası üstə uzadın. Nəfəs alıb-verməsini, nəbzini yoxlayın. Nəbzi varsa və nəfəs alırsa, peşəkarların gəlməsini gözləyin.

Boğulan insan geyimlidirsə, yaxasını açın və kəmərini genişləndirin. İslaq paltarlarını çıxarıb üstünü örtün.

Xilas edilən insan nəfəs almırsa, ancaq nəbzi varsa, süni tənəffüs vasitəsilə nəfəs almasını təmin edin.

Udulan suyun çıxarılması üçün iki əllə şəxsin qarnının altından tutaraq yuxarı qaldırın. Beləcə, hava yolundakı suyun boşalmasına yardımçı olun.

Xilas edilən insanın huşu özündə deyilsə, nəfəs almırsa və nəbzi yoxdursa, təcili yardım gələnədək ürək masajı edin. Ürək masajı dəqiqədə ən az 100 dəfə edilməlidir. Yanınızda başqa köməkçi yoxdursa, 30 masajdan sonra iki dəfə süni nəfəs verilməlidir.

Ürək masajı tibbi yardım gələnədək davam etdirilməlidir.

www.ÇıxışYolu.Com