99ae3f5c-c75e-41c5-b52f-3a2804a00006..jpg

Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs hakim qarşısına çıxarılır

Baxış sayı: 841 dəfə baxılıb.

Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs hakim qarşısına
çıxarılır

Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs bərəsində cinayət işi
məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru
Rəfail Hüseynovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı
yekunlaşıb.

İstintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə
edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması
nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr
müəyyən edilib.

Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən
istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət
işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Source link