Sudan səmərəli istifadə qaydaları açıqlandı

Sudan səmərəli istifadə qaydaları açıqlandı

Baxış sayı: 2. 764 dəfə baxılıb.

Sudan səmərəli istifadə qaydaları açıqlandı

Son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 10 dərəcəyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, ölkənin yerli səth su ehtiyatları əgər 1960-1090-cı illərdə 10 km3-a yaxın idisə, son illərdə bu, azalaraq, 9 km3 düşüb:

Ölkədə içməli su tələbatını, eyni zamanda, suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd çaylar olan Kür, Araz, Qanıx, Samur, Astara və s. çayların su ehtiyatlarından istifadə edir.

İl ərzində orta hesabla götürülən suyun  miqdarı 12,5 km3 təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər.

Qeyd etmək lazımdır ki, iqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illərdə azalıb. 1960-90-cı illərlə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30%-ə qədər azalır və nəticədə, ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 km3 su daxil olur”.

Rafiq Verdiyev bildirib ki, müxtəlif iqlim ssenarilərinə görə su ehtiyatlarımızın gələcəkdə daha da azalacağını nəzərə alaraq, bu gün həm ölkə daxilində, həm də qonşu dövlətlərlə transsərhəd səviyyədə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri həyata keçirilməlidir:

“Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com