Sudanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
“RİA Novosti” xəbər verir ki, Sudan təhlükəsizlik qüvvələri 12 zabiti və 4 zabit köməkçisini həbs edib.
Lakin hakimiyyətdə olan keçid Hərbi Şurasının təmsilçisi bildirib ki, qiyamın təşkilatçısı hələ də azadlıqdadır.
Qiyamçılar Hərbi Şura ilə müxalifət arasında bağlanılacaq sazişə qarşı çıxıblar.
Şura həbs olunanların dindirilməsinə başlayıb, yeni həbslərin olacağı ehtimal edilir.