Sudanda milyonlarla insanı dəhşətli aclıq gözləyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sudanda beş milyona yaxın insan yaxın aylarda fəlakətli aclıq təhlükəsi ilə
üzləşə bilər.
Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.
Təşkilat döyüşən tərəfləri yardımın çatdırılmasına icazə verməyə çağırıb.
BMT Baş katibinin müavini Martin Qriffitsin sözlərinə görə, təhlükəsizlik
vəziyyəti pisləşdikcə, Qərbi və Mərkəzi Darfurda insanlar aclıqla üzləşəcəklər.
Çaddan Sudan bölgəsinə yardımın transsərhəd çatdırılması “kritik həyat
xətti”dir.
Qriffits vurğulayıb ki, hazırda təxminən 730 min sudanlı uşaq qida
çatışmazlığından əziyyət çəkir.
Qeyd edək ki, Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında silahlı
qarşıdurma 15 aprel 2023-cü ildə başlayıb. Toqquşmalara səbəb RRF-nin ordu
strukturuna inteqrasiyası məsələsi olub. Paytaxt Xartumda gedən döyüşlər
ölkənin digər bölgələrinə də yayılıb.
Mənbə: octagon.media