Sudanın keçmiş prezidenti həbsxanadan qaçdı
Silahlı şəxslər Xartumdakı Kobar həbsxanasına hücum ediblər.
Bu yer Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir və onun rejiminin bir çox
funksionerlərinin saxlanılması ilə tanınır.
Bundan az əvvəl cəzaçəkmə müəssisəsinin divarları yaxınlığında ordu hissələri
ilə çevik reaksiya bölmələri arasında toqquşma olub.
Məlumata görə, Əl-Bəşir və onun tərəfdaşlarının bir qismi qaçmağa müvəffəq
olublar.
Xatırladaq ki, bir neçə gün əvvəl Kobar həbsxanası artilleriyadan atəşə
tutulub. Nəticədə beş məhbus ölüb.
Sudanda həssas obyektlərə hücumlar davam edir.
Mənbə: rbc.ua