Sudanın sabiq prezidenti Omar əl-Bəşir korrupsiya almaqda ittiham edilərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.
“Əl-Xadas” telekanalının məlumatına görə, qərar Xartumda keçirilən məhkəmə prosesində verilib.
Əl-Bəşir 30 il müddətində Sudanın prezidenti olub. O, aprelin 11-də dövlət çevrilişi nəticəsində devrilib.
Buna qədər isə bir ay müddətində çətin iqtisadi vəziyyətə görə ölkədə etiraz aksiyaları keçirilib.