a4c4bf74-a74a-4328-b001-6e366b9abdfc..jpg

Süleyman Ələsgərovun ailəsi Prezidentə təşəkkür etdi

Baxış sayı: 472 dəfə baxılıb.

Süleyman Ələsgərovun ailəsi Prezidentə təşəkkür etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın bəstəkarı, tanınmış dirijor və pedaqoqu, respublika Dövlət
mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun ailə üzvləri
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə müraciət ediblər.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı “Instagram” sosial şəbəkəsində məlumat
paylaşılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 22 fevral 2024-cü ildə Süleyman
Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ailə üzvləri buna görə Prezidentə öz təşəkkürlərini bildiriblər:

“Möhtərəm Prezident! Siz ölkə rəhbəri olaraq Azərbaycan ziyalılarının,
istedadlı, yaradıcı insanlarının, mədəniyyət xadimlərinin əməyini daim yüksək
dəyərləndirmiş və onları ölkəmizin mənəvi kapitalı kimi qiymətləndirərək,
həmişə uca tutmusunuz. Məhz bu həssas yanaşmanızın və diqqətinizin bariz
nümunəsidir ki, 22 fevral 2024-cü il tarixdə Xalq artisti, Dövlət Mükafatı
laureatı, professor, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd
edilməsi haqqında sərəncam imzalamısınız. Bu, Azərbaycan mədəniyyətinə
verdiyiniz böyük dəyər və qayğının təzahürüdür. Biz də öz növbəmizdə Süleyman
Ələsgərovun ailəsi adından sizə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc
sandıq. Diqqətiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə, Süleyman Ələsgərovun ailə üzvləri: Arzu Ələsgərov, Könül Ələsgərova,
Qorxmaz İmanov, Tahir İmanov və Cabir İmanov”.

Source link