ÇıxışYolu.Com – Əfqanıstanda qanlı bayram: 26 ölü

Baxış sayı: 2. 173 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əfqanıstanda qanlı bayram: 26 ölü

Əfqanıstanda Ramazan bayramı atəşkəsi hökumət tərəfindən uzadılıb. Həbsdəki “Taliban” yaraqlıları azadlığa buraxılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün əllərində çiçəklərlə Kabilə gələn yaraqlılar daxili işlər naziri ilə görüşüblər.

Ancaq sevinc uzun sürməyib. Paytaxtda sevinc və bayram şənlikləri olduğu bir vaxtda Nanqarharda “Taliban” yaraqlıları və əsgərlərin toplandığı ərazidə partlayış baş verib.

26 nəfər ölüb. Yaralılar xəstəxanalara aparılıb. Ölü sayının artacağı istisna edilmir.

Hücumu İŞİD öz üzərinə götürüb.

www.ÇıxışYolu.Com