ÇıxışYolu.Com – Əfsanəvi boksçu Azərbaycana gəlir

Baxış sayı: 2. 866 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əfsanəvi boksçu Azərbaycana gəlir

Məşhur amerikalı sabiq boksçu Mayk Tayson Azərbaycana gələcək.

 

Bu barədə ÇıxışYolu.Com-a “Qodzilla” şirkətindən məlumat verilib.

 

Onunla bu haqda söhbət aparılıb. Tayson Azərbaycana gəlməyə razılıq verib. Onun Bakıya gəlişi oktyabr-noyabr aylarında olacaq. Həmin müddətdə Tayson boksçulara seminar keçəcək və fanatlara avtoqraf paylayacaq.

 

Qeyd edək ki, Mayk Tayson peşəkar boksun WBA, WBC və IBF versiyaları üzrə dünya çempionu olub. O, 1985-2005-ci illərdə peşəkar boksla məşğul olub.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com