ÇıxışYolu.Com – ABŞ-da əyləncə mərkəzinə silahlı hücum: ölənlər var

Baxış sayı: 2. 415 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ-da əyləncə mərkəzinə silahlı hücum: ölənlər var

Floridanın Ceksonvilla şəhərindəki bir AVM-də təşkil olunan kompüter oyunu əsnasında baş verən silahlı hücum nəticəsində dörd nəfər ölüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ceksonvilla polisi öz “Twitter” hesabında məlumat yayıb.

Məlumata görə, ölənlərdən əlavə, yaralılar da var. Şübhəlinin ölü ələ keçirildiyi, ikinci bir şübhəlinin olub-olmadığının araşdırıldığı qeyd olunub.

Araşdırmalar davam edir. Hadisə yerinin yaxınlarına giriş və çıxış bağlanıb.

23:13

ABŞ-ın Florida ştatında bir əyləncə mərkəzində naməlum şəxs ətrafa atəş açıb.

ÇıxışYolu.Com xəbər verir ki, silahlı hücum nəticəsində çox sayda ölü və yaralıların olduğu bildirilir.

Hücum kompüter oyunu təşkil edilən bir mərkəzdə olub.

Şahidlər ifadələrində bildiriblər ki, şübhəli şəxs 20 dəfəyədək atəş açıb.

Ştat polisinin bildirdiyinə görə, şübhəli şəxs hadisə yerində öldürülüb.

www.ÇıxışYolu.Com