ÇıxışYolu.Com – ABŞ-da atışma: 6 ölü, 20 yaralı

Baxış sayı: 2. 239 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ-da atışma: 6 ölü, 20 yaralı

ABŞ-ın Merilend ştatında “Capital Gazette” qəzetinin redaksiyasında baş vermiş atışma nəticəsində bir neçə nəfər həlak olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Fox News” telekenalı An-Arandel dairəsinin şerifinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, silahlı hücumu həyata keçirmiş şəxs saxlanılıb. Asayış keşikçiləri redaksiya əməkdaşlarını binadan təxliyə edib və hazırda içəridə axtarış aparılır.

Yerli KİV altı nəfərin öldüyünü, 20 nəfərin yaralandığını xəbər verir.

Silahlı hücumun təfərrüatı açıqlanmır.

.
www.ÇıxışYolu.Com