ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən məlumat verir ki, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.
Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com