Pekinin ABŞ səfirliyinin yerləşdiyi Çaoyan rayonunun polis əməkdaşları əlində finşəng partladan şəxsi həbs edib.
ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı polis məlumat yayıb.
Hadisə Tyantze və Antzyalu küçələrinin kəsişməsində baş verib.
“Əlində fişəng partladan şəxs yüngül xəsarət alıb, həyati təhlükəsi yoxdur”, – məlumatda bildirilib.
İnsident zamanı başqa xəsarət alanın olmadığı qeyd edilib.
Məlumatlara görə, saxlanılan şəxs 26 yaşlı Çinin Daxili Monqolustan Muxtar Rayonunun sakinidir.
10:54
ABŞ-ın Pekindəki səfirliyi önündə partlayış baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Associated Press” şahidlərə istinadla məlumat yayıb.
Çin KİV-ləri bina önündə özünü yandırmağa cəhd etdiyini bildirib.
Qadın həbs edilib.
Yayımlanan video və fotolarda hadisə yerindən tüstünün qalxdığı görünür.
Ölən və xəsarət alanlarla bağlı məlumat verilmir.