ÇıxışYolu.Com - Abşeronda qaz kəsiləcək

ÇıxışYolu.Com – Abşeronda qaz kəsiləcək

Baxış sayı: 2. 171 dəfə baxılıb.

ÇıxışYolu.Com - Abşeronda qaz kəsiləcək

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə ÇıxışYolu.Com-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Qaz Paylayıcı Stansiyada tənzimləyicinin təmiri, At yalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti üzərində quraşdırılmış diametri 150 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

www.ÇıxışYolu.Com