ÇıxışYolu.Com – Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

Baxış sayı: 2. 542 dəfə baxılıb.

ÇıxışYolu.Com - Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

Abxaziyanın baş naziri Gennadiy Qaquliyanın yol qəzasında həlak olmasına səbəb onun olduğu avtomobilin əks hərəkət zolağına çıxan avtomobillə toqquşması olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Abxaziya DİN rəhbərinin müavini Kazbek Kimşaxov bildirib.

Onun sözlərinə görə, əks hərəkət zolağına çıxan avtomobilin sükanı arxasında respublikanın gənc sakini olub.

01.34

Abxaziyanın baş naziri Gennadiy Qaquliya yol qəzası nəticəsində həlak olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qəza Abxaziyanın Müsser postu yaxınlığında baş verib. 

İlkin məlumatlara əsasən, Qaquliya xəstəxanada dünyasını dəyişib.

www.ÇıxışYolu.Com