Braziliyada meydana gələn nəqliyyat hadisəsində hamilə qadının qarnındakı körpə toqquşmanın təsirindən kənara düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, kimliyi məlum olmayan ananı xilas etmək mümkün olmayıb.
Ancaq uşağın sağ qalması xilasediciləri şoka salıb.
Braziliyanın cənub-şərqindəki Sao Paulo və Suritiba arasındakı avtoyolda hərəkətdə olan yük maşını qəzaya uğrayıb. Sürücü idarəetməni itirib, yoldan çıxaraq aşıb.
Sürücünün yanında əyləşən 39 həftəlik hamilə qadının bətnindəki uşaq kənara düşüb. Xilasedicilər hadisə yerinə gələrək ananı xilas etmək istəyərkən qəza yerindən bir neçə metr aralı düşmüş körpənin səsini eşidiblər.
Məlum olub ki, qadının bətni deşilib. Körpənin vəziyyəti normaldır. Ona Ciovanna adı verilib.