ÇıxışYolu.Com - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı

ÇıxışYolu.Com – Ağstafadakı dəhşətli cinayətin təfərrüatı

Baxış sayı: 2. 514 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı

Bir neçə gün əvvəl Ağstafa rayonunda baş verən, bir nəfərin ölümü və bir nəfərin ağır yaralanması ilə nəticələnən cinayətin təfərrüatı məlum olub. 

Məlumatlara görə, Köçvəlli kəndinin çobanı Akif İbrahimov odlu silahdan atəş açaraq kənd sakini Sakit Nəsibovu vuraraq qətlə yetirib, həyat yoldaşı Şərifə Həmşəyevanı isə yaralayıb. 

Yerli KİV-lər hadisəyə səbəb kimi xəyanət faktını göstərib. 

ÇıxışYolu.Com həmin çobanın qonşuları və qohumları ilə əlaqə yaradıb. 

Kənd sakinlərinin sözlərinə görə, çoban spirtli içki aludəçisidir və psixoloji problemləri var. 

“Onun həyat yoldaşı ağır vəziyyətdə xəstəxanadadır. İnternetdə yazıblar ki, Akif onu xəyanət üstündə öldürmək istəyib, ancaq bu, yalandır. Bu, onun ikinci arvadıdır, Akif birinci həyat yoldaşını da öldürməyə cəhd edib.

Birinci arvadı ondan qaça bilib. Ancaq Şərifə bunu bacarmayıb. O, qeyri-adekvat insandır və hazırda polis nəzarəti altındadır”, – çobanın qonşuları deyib. 

Kəndlilər bildiriblər ki, Sakit Nəsibovla çobanın şəxsi ədavəti olub:

“Həmin gün o, çoxlu içmişdi, silahı götürüb və Nəsibovla münasibətlərə aydınlıq gətirmək qərarına gəlib. Mübahisə düşüb və İbrahimov atəş açıb. Nəsibov hadisə yerində keçinib”. 

Qətldən sonra o, evə qayıdıb və ilkin ehtimallara görə, arvadı paltarındakı qanın haradan düşdüyünü soruşub. Qadının sualı onun qəzəbinə səbəb olub və çoban ona da atəş açıb. 

Hazırda Həmşəyeva xəstəxanadadır. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Ə.Ş.
www.ÇıxışYolu.Com