ÇıxışYolu.Com - Ağsuda meşə yanır

ÇıxışYolu.Com – Ağsuda meşə yanır

Baxış sayı: 2. 359 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ağsuda meşə yanır

Ağsu rayonunda meşə yanğını başlayıb.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, ilkin məlumatda rayonun Qırılar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir.

Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib.

Hadisə yerinə FHN-nin Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com