Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn türkiyəli aktrisa Deniz Çakır prodüser Raci Şaşmazın qərarı ilə “Eşkiya dünyaya hükümdar olmaz” (EDHO) serialının komandasından uzaqlaşdırılıb.
ÇıxışYolu.Com “Milliyyet”ə istinadən xəbər verir ki, “Meryem Çakırbeyli” obrazına həyat verən aktrisa EDHO-nun yeni mövsümünün anonslarında yer almayıb.
Raci Şaşmazın tez-tez şəxsi həyatı və alkoqollu görüntüləri ilə gündəmə gələn Çakırın bu hərəkətlərindən narahat olduğu üçün onu komandadan çıxardığı bildirilir.
Hazırda işsiz qalan aktrisanın yerinə başqa bir obraz daxil olacaq.