Məşhur italiyalı müğənni Al Bano Karrizi ikinci dəfə Bakıya gəlir.
ÇıxışYolu.Com xəbər verir ki, müğənni Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək.
75 yaşlı sənətçi Azərbaycanda “Felicita” mahnısı ilə məşhurlaşıb.
Xatırladaq ki, 2013-cü ilin dekabrında Albano Korrizi “San Remo” İtaliya musiqi festivalında “Baku Crystal Hall” kompleksinin səhnəsində çıxış edib.