ÇıxışYolu.Com - Aleksandr Marşal: Emin Ağalarova heykəl qoyulmalıdır

ÇıxışYolu.Com – Aleksandr Marşal: Emin Ağalarova heykəl qoyulmalıdır

Baxış sayı: 2. 806 dəfə baxılıb.

ÇıxışYolu.Com - Aleksandr Marşal: Emin Ağalarova heykəl qoyulmalıdır

Ötən gün başa çatan “Jara” musiqi festivalına qatılanlardan biri də 61 yaşlı ifaçı Aleksandr Marşal olub.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçi Bakıdan söz açıb:

“Bilirsiniz, mən çox böyük məmnuniyyətlə bu möhtəşəm şəhərə gəlirəm. Ancaq burada vaxt tapıb dənizə gedə bilmirəm. Dənizə baxıram, göz yaşlarım axır, istəyirəm, ancaq gedə bilmirəm. Dənizi çox sevirəm. Əlbəttə ki, milli yeməklərinizi də dadıram”. 

“Jara” festivalının əhəmiyyətindən danışan müğənni bildirib ki, Xalq artisti Emin Ağalarova heykəl qoyulmalıdır:

“Fikrimcə, dostum Emin Ağalarova heykəl qoyulmalıdır. Çünki o, yaraşıqlıdır. Təsəvvür edirsiniz ki, bu, nə qədər insanın diqqətini çəkir. O, bunu etdi – “Jara” festivalını Bakıda təşkil etdi. Düşünürəm ki, nə qədər ki biz sağıq, festival hər il davam edəcək və biz Emini dəstəkləyəcəyik”. 

“Buradan sizin mehriban baxışlarınızı, əl sıxmalarınızı və qucaqlamalarınızı aparacam. Bu, hər şeydən üstündür. Baxın, dünyada nələr baş verir. İnsanlar daim dünyada müharibə edir. Niyə? Qucaqlaşmaq, öpüşmək lazımdır”, – deyə Marşal bildirib.

Qeyd edək ki, “Jara” festivalı gələn il də keçiriləcək.

.
www.ÇıxışYolu.Com