ÇıxışYolu.Com – Alfa Liqada çempion müəyyənləşdi

Baxış sayı: 3. 159 dəfə baxılıb.

ÇıxışYolu.Com - Alfa Liqada çempion müəyyənləşdi

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Alfa Liqa başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, III yer uğrunda görüşdə LSS və “Sirena Motors” komandaları üz-üzə gəlib.

“Sirena Motors” Elvin Xudatovun dublu və Taleh Fətəliyevin qolu ilə 3:0 qalib gəlib və bu turnirin ilk bürünc medallarının sahibi olub.

Finalda isə futzal üzrə millimizin sabiq oyunçusu Rəcəb Fərəczadənin başçılıq etdiyi “Peçat Dönər” komandası KATV1-lə görüşüb. Gərgin keçən görüşdə “dönərçilər” “televiziyaçılar”a qalib gəlib – 3:1.

Qolları “Peçat Dönər”dən Əsgər Məmmədbəyli, Şəhriyar Zamanov Ceyhun Mürşüdlü vurub. KATV1-dən yeganə qolun müəllifi isə Elçin Məmmədov olub.

Matçdan sonra AMF tərəfindən mükafatlandırma mərasimi təşkil edilib. Alfa Liqanın bombardiri 10 qolla Şamxal Məlikov (KATV1), doqquz məhsuldar ötürmə ilə assistent kralı Emin Quliyev (“Sirena Motors”) və çempionat boyu 52 seyvlə yadda qalan qapıçı Həzrət Mirzəyev (“Sirena Motors”) xüsusi suvenirlə yanaşı, pul mükafatına layiq görülüb.

Qeyd edək ki, ötən ay start götürən Alfa Liqada 32 komanda mübarizə aparıb. Qalib “Peçat Dönər” komandası 5-9 sentyabrda Sloveniyada keçiriləcək Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com