Bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan rusiyalı müğənni Alla Puqaçova ailəsi ilə birgə Avropaya köçüb.
ÇıxışYolu.Com Dni.ru-ya istinadən xəbər verir ki, Rusiyadan getməyə qərar verən Puqaçova əvvəlcə bunu yay istirahəti adı ilə edib.
Müğənniyə yaxın mənbələr iddia edir ki, uşaqları ilə gedən ifaçı hazırda Avropada ev və yaşayış üçün sənəd almağa çalışır.
“Alla və Maksim Avropaya yola düşdülər. Onlar orada yaşamaq üçün sənəd almalı idilər. Buna görə də uşaqları da apardılar. Çünki ailənin bütün üzvləri Avropada olmalı idi”, – deyə mənbə bildirib.
Mənbə söyləyir ki, Allanın pul əmanətləri də Avropa banklarındadır.