Almaniya yığmasının müdafiəçisi Antonio Rodiqer Millətlər Liqası çərçivəsində keçirilən Fransa ilə oyunda rəqib futbolçu Bencemen Pavarın boynunu tapdalayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı görüntüləri “ESPN FC” “Twitter” hesabında yayımlayıb.
Hadisə qarşılaşmanın 3-cü dəqiqəsində baş verib. Mübarizə zamanı Pavar qazona yıxılıb və alman müdafiəçi təsadüfən onu tapdalayıb. Bu zaman fransız boynundan xəsarət alıb. Rodiqerin butsilərinin dişləri Pavarın boynunu cızıb. O, həkimlərin yardımından sonra meydana qayıdıb.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.