ÇıxışYolu.Com – Almaniyada lotereyada qəbiristanlıq oynanılır

Baxış sayı: 2. 498 dəfə baxılıb.

ÇıxışYolu.Com - Almaniyada lotereyada qəbiristanlıq oynanılır

Almaniyanın Berhtesqaden şəhərində yerli sakinlər arasında qəbiristanlıqda yerlə bağlı lotereya oynanılacaq.

Bunun üçün yerli hökumət 200 boş yer ayırıb.

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə ABC News xəbər yayıb.

Qeyd olunur ki, XVII əsrə aid qəbiristanlığa böyük tələbat var. Lakin uzun illərdir ki, şəhər administrasiyası yer azlığından sakinlərə imtina etməli olub.

Yerli hökumət hər kəsə bərabər imkanın verilməsi üçün lotereya keçirməyi qərara alır.

Artıq 280 nəfər ərizə ilə müarciət edib. Ümumi olaraq Berhtesqadenin əhalisi 7,5 nəfər təşkil edir.

www.ÇıxışYolu.Com