İkinci Dünya Müharibəsi illərində əsir düşən və ölən sovet vətəndaşlarına Frankfurt-na-Maynda heykəl qoyulub.
ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, abidə aralarında 80 uşağın da olduğu 600 sovet əsirinin dəfn edildiyi qəbiristanlıqda yerləşir.
Layihə Sankt-Peterburqdan olan arxeoloqlar tərəfindən hazırlanıb, alman həmkarları isə layihəni daşa köçürüb.
Xatırladaq ki, 1941-ci il iyunun 22-də İkinci Dünya Müharibəsi başlayıb. Müharibə 1418 gün davam edib və 1945-ci il mayın 9-da başa çatıb.
Sovet İttifaqı müharibədə 26 milyon vətəndaşını itirib. Onlardan çoxu dinc sakinlərdir.