İngiltərənin “Lidz Yunayted” klubunun yeni baş məşqçisi Marselo Bielsa Britaniyada ilk müsahibəsini verib.
ÇıxışYolu.Com xəbər verir ki, argentinalı baş məşqçi Çempionşipin (İngiltərənin I divizionu) ilk turunda “Stok Siti” üzərində qələbədən (3:1) sonra britaniyalı jurnalistlərə açıqlamasında çətinliklə üzləşib.
İspandilli məşqçi ingiliscə bilmədiyi üçün tərcüməçidən istifadə edib. Lakin fikirləri jurnalistlərə tərcüməçisi yox, özü çatdırıb. Bu da gülməli səhnəyə səbəb olub.
Qeyd edək ki, Argentina və Çili millilərindəki baş məşqçiliyi ilə tanınmış 63 yaşlı çalışdırıcı ilk dəfə ingilisdilli ölkədə çalışır. O, iyunun 15-də “Lidz Yunayted”ə baş məşqçi təyin olunub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com