ARB TV-nin “Səhər-Səhər” kollektivi növbəti dəfə meyxanaçı Aydın Xırdalanlını ziyarət edib.
ÇıxışYolu.Com xəbər verir ki, meyxanaçı hər yerdə çox arıqladığını və tanınmaz hala gəldiyini yazanlara etirazını bildirib:
“Kökəldim, hətta bağışlayın məni, toyda nə otura, nə nəfəs ala bilmirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm.
Qoy oturmuşuq da, nə işiniz var mənimlə? Adətən, 67-77 kiloqram arasında olmuşam. Dişlərim xarab oldu, mən də o damağı taxa bilmədiyim üçün, açığı, yemədən həvəsdən düşürəm. Diş əkdirməyi düşünürəm.
Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm. Uzatmayın… Bu mənim şəxsi həyatımdır”.