ÇıxışYolu.Com - Aygün Kazımovadan yenilik

ÇıxışYolu.Com – Aygün Kazımovadan yenilik

Baxış sayı: 2. 483 dəfə baxılıb.

Xalq artisti Aygün Kazımova dörd ildən sonra yeni albomunu təqdim edib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycanda növbəti “EP Albom” olan “Duy” “İtunes” internet mağazasında yayımlanıb. Albomun qiyməti isə 6 dollar 93 sent, təxminən 11 manat 78 qəpikdir.

ÇıxışYolu.Com - Aygün Kazımovadan yenilik

Albomda yeddi mahnı yer alıb. Bunlar isə “İntro”, “Ona söylə”, “Toy boy”, “Əlbəttə”, “Cücələrim”, “Duy”, “Sus” adlı mahnılardır.

Qeyd edək ki, sənətçi albomdakı “Duy” adlı mahnını dünyaca məşhur DJ David Vendetta ilə işləyib.

ÇıxışYolu.Com - Aygün Kazımovadan yenilik

Sənətçinin albomun üz qabığı üçün çəkdirdiyi fotolar da sosial şəbəkədə marağa səbəb olub.

Onu da bildirək ki, albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir.

.
www.ÇıxışYolu.Com