Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan “Zaurla Günaydın” proqramının qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, verilişə itləri ilə qatılan ifaçı ev sahiblərinə etdiyi idmanı və gimnastik hərəkətləri göstərib.
Bu zaman Kazımova divanın üzərinə çıxıb və səhər oyanan zaman etdiyi hərəkətləri təkrarlayıb.
Onun hərəkətləri sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, istifadəçilər Xalq artistini qeyri-etik hərəkət etməkdə günahlandırıb. Onlar efirdə bu hərəkətin nümayiş etdirilməsinin düzgün olmadığı vurğulayıblar.