ÇıxışYolu.Com - Azərbaycan efirində biabırçılıq: Aparıcı qonaqları dalaşdırdı

ÇıxışYolu.Com – Azərbaycan efirində biabırçılıq: Aparıcı qonaqları dalaşdırdı

Baxış sayı: 3. 297 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan efirində biabırçılıq: Aparıcı qonaqları dalaşdırdı

Bir neçə gündür efirində dava düşən “Sirdaş Rövşanə” proqramının tam versiyası yayımlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, rəqqasələrin qonaq olduğu proqramda onlara əks fikirli olan idmançı dəvət edilib.

Rəqqasələrə hörmət etmədiyini deyən idmançı ilə rəqqasələr arasında söz davası yaşanıb.

Daha sonra Simona adlı rəqqasənin rəqsi zamanı idmançının qulaqcıq taxması və ona baxmaması qonağı qıcıqlandırıb. 

İdmançıya yaxınlaşan Simona onun qulaqcıqlarını dartıb.

Qonaqların gərgin olduğunu görən Rövşanı isə aranı daha da qızışdırıb. O, Simonaya “Sənə çox hörmətsiz yanaşdı” deyərək onu idmançıya qarşı qaldırıb.

Simonanın idmançıya “Sən tərbiyəsizsən” deməsi isə qalmaqalı daha da alovlandırıb.

İdmançı Simonanın üstünə su töküb. Rəqqasə də eyni cavabı idmançıya verib. Sonra tərəflər əlbəyaxa olub. Studiyada qonaqların qarşısına qoyulan kiçik masa idmançının təpik zərbəsi ilə qırılıb.

Sözügedən görüntüləri təqdim edirik.

.
www.ÇıxışYolu.Com