Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəni dayandıran “Keşlə” və “Qəbələ”nin ardınca Azərbaycanın bu turnirdəki sonuncu təmsilçisi – “Neftçi” də futbolsevərləri məyus edib.
ÇıxışYolu.Com xəbər verir ki, Bakıda keçirilən ilk qarşılaşmada Macarıstanın “Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn “ağ-qaralar” təkrar matçda 2 top üstünlüyü qoruya bilməyiblər.
Macarıstanda baş tutan oyunda meydan sahibləri “Neftçi”ni darmadağın ediblər – 4:0.
Beləliklə də Azərbaycan Avropa Liqasında artıq təmsil olunmur: bütün klublarımız elə ilk mərhələdə mübarizəni dayandırıblar.
23.24
Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi – “Qəbələ” də mərhələnin cavab oyununa çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olub.
Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çox çalışıblar.
Lakin səfərdə əldə edilmiş minimal hesablı qələbə (0:1) komandamıza məqsədinə çatmaq üçün yetərli olmayıb.
“Keşlə”nin ardından “Qəbələ” də Avroliqada mübarizəni dayandırıb.
23.06
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan təmsilçisi “Keşlə” də cavab matçına çıxıb.
Maltada keçirilən ilk oyunda “Baltsan”a böyük hesabla uduzan (1:4) paytaxt klubu öz meydanında bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb.
Bakılılar 2:1 hesabı ilə qalib gəlsələr də, bu, növbəti mərhələyə yüksəlmək üçün kifayət etməyib.
Beləliklə də Azərbaycan Avropa Liqasında ilk təmsilçisini itirib.