ÇıxışYolu.Com – Azərbaycan kubokunun sahibi olan komanda dağıldı

Baxış sayı: 3. 198 dəfə baxılıb.

Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının mətbuat konfransı otağında Yüksək, I və II liqaların 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, artıq çempionatda iştirakçı komandaların adları bəllidir.

Yüksək Liqada hələlik yeddi komandanın iştirakı təsdiqlənib. Futzal Federasiyasından saytımıza verilən məlumata görə, daha bir komandanın sentyabrın 7-dək iştirakla bağlı müraciəti müsbət dəyərləndirilə bilər

Yüksək Liqa: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” FK, “Xəzər Cənub”, “Liman”, “Yasamal” İdman -Sağlamlıq Kompleksi; 

I Liqa: “Sovetski” FK, “Qrin Loq”, “Zəngilan” FK, “Standard”, “Metropoliten”, “Baku Fayr”, “Yasamal-2”, “Şərq”, “Çinar Cəbrayıl”, ADBTİA, “Raiq”, “Baku Fans”, “Ulduz”, U-19, AZMİU, “Fizuli” FK; 

II Liqa: SAB, “Star Klub”, “Rəvan” FK, “Hövsan”, “Advokat”, “Gənclik”, “Borçalı” FK, “Dalğa”, “Baku Fayr-2”, “Bibi-Heybət”, “Obolon”, “Bədr FK Xocalı”, “Avanqard” FK, “Təbriz”, “Atletiko Baku”, “Beyker Hyucz”, “Gilan Konstrukşn”, “Beyker Tili”, “Hicran”, “Xəzər”.

Qeyd edək ki, ötən mövsüm Yüksək Liqada mübarizə aparmış, gümüş mükafatçı və ölkə kubokunun qalibi “Marafon”, eləcə də, “İtaldizayn” komandaları dağılıb. “Marafon” klubu millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova, “İtaldizayn” isə Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova məxsus idi.

Marafon Idman Klubu adlı şəxsin şəkli.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com