ÇıxışYolu.Com - Azərbaycana gizli yolla “iPhone X” gətirmək istədilər

ÇıxışYolu.Com – Azərbaycana gizli yolla “iPhone X” gətirmək istədilər

Baxış sayı: 2. 327 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycana gizli yolla “iPhone X” gətirmək istədilər

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin “Xanoba” gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı avtomobilə gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd “iPhone X” markalı mobil telefon, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı bir ədəd beşbarmaq aşkar olunub.

www.ÇıxışYolu.Com