ÇıxışYolu.Com - Azərbaycana qanunsuz keçirilən külli miqdarda dərman aşkarlanıb

ÇıxışYolu.Com – Azərbaycana qanunsuz keçirilən külli miqdarda dərman aşkarlanıb

Baxış sayı: 2. 068 dəfə baxılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual – Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib. 

Bu barədə ÇıxışYolu.Com– DGK-dan məlumat verilib.

Baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Türkiyə vətəndaşının idarə etdiyi “VOLVO” markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 104 adda 10 min 110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3 min ədəd “Eren” markalı müayinə masa ortüyü, 700 ədəd “Beybi Care” markalı yataq qoruyucu örtüyü, 554 min 400 ədəd “TentyFlex” markalı cərrahi əlcəyi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com