Ötən gün Lerikdə baş verən güclü zəlzələ anını əks etdirən görüntülər yayılıb.
ÇıxışYolu.Com xatırladır ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ avqustun 28-də, yerli vaxtla saat 16:57-də Lerik rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 5.1 bal, dərinliyi isə 15 km olub. Yaxın yaşayış məntəqələrində zəlzələ 3-4 bala qədər hiss olunub.
Lənkəranda yerləşən mağazalardan birində müşahidə kamerası zəlzələni anbaan lentə alıb.
Həmin görüntüləri təqdim edirik: