ÇıxışYolu.Com - Azərbaycanda elektrik enerjisinin verilişi bərpa olunur

ÇıxışYolu.Com – Azərbaycanda elektrik enerjisinin verilişi bərpa olunur

Baxış sayı: 2. 124 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanda elektrik enerjisinin verilişi bərpa olunur

Azərbaycanın şimal və qərb rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə çərşənbə axşamı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

“Artıq Azərbaycanın şimal və bəzi qərb rayonları, o cümlədən Bakının bir hissəsinə elektrik enerjisinin verilişi bərpa olunub”, – deyə, T. Mustafayev bildirib.

Onun sözlərinə görə, yaxın saatlarda bütün respublika ərazisində elektrik təchizatı bərpa olunacaq.

Bununla yanaşı, Azərbaycanın paytaxtında monitorinq aparan əməkdaşlarımızın məlumatına görə, Bakının Nəsimi rayonunda işıq hələ də yoxdur.

03:37

Hazırda paytaxtın Keşlə, Zabrat, Pirşağı və Kürdəxanı qəsəbələri ərazisində elektrik enerjisinin verilişi bərpa olunub.

03:19

Bakının bir hissəsində, eləcə də Sumqayıt və Abşeronda elektrik enerjisinin verilişi bərpa olunub.

Bunu ÇıxışYolu.Com-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi qeyd edib ki, yaxın saatlarda da digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Qeyd edək ki, əməkdaşlarımızın əldə etdiyi məlumata görə, hazırda paytaxtın Xəzər, Binəqədi və Yasamal rayonları, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində elektrik enerjisinin verilişi bərpa olunub.

Bakının Nərimanov rayonu və Neftçilər metrosu ətrafında isə elektrik enerjisinin verilişi hələ bərpa olunmayıb.

www.ÇıxışYolu.Com